Heyz kitabı

Təyəmmüm

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ وَابْنُ بِشْرٍ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا اسْتَعَارَتْ مِنْ أَسْمَاءَ قِلاَدَةً فَهَلَكَتْ فَأَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَاسًا مِنْ أَصْحَابِهِ فِى طَلَبِهَا فَأَدْرَكَتْهُمُ الصَّلاَةُ فَصَلَّوْا بِغَيْرِ وُضُوءٍ فَلَمَّا أَتَوُا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَكَوْا ذَلِكَ إِلَيْهِ فَنَزَلَتْ آيَةُ التَّيَمُّمِ. فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ جَزَاكِ اللَّهُ خَيْرًا فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ قَطُّ إِلاَّ جَعَلَ اللَّهُ لَكِ مِنْهُ مَخْرَجًا وَجَعَلَ لِلْمُسْلِمِينَ فِيهِ بَرَكَةً.

“Rəvayət edilir ki, bir dəfə Aişə ﵂ bacısı Əsmadan müvəqqəti istifadə üçün boyunbağı aldı. Bir müddətdən sonra o, boyunbağını itirdi. Buna görə də Allah Elçisi ﷺ səhabələrindən bir neçəsini onu axtarıb tapmaq üçün göndərdi. Namaz vaxtı yetişdikdə onlar dəstəmazsız olduqları halda namaz qıldılar. Sonra Allah Elçisinin ﷺ yanına gəldikdə su tapmadıqlarına görə ona şikayət etdilər və elə həmin vaxt təyəmmüm ayəsi nazil oldu. Onda Useyd ibn Hudeyr Aişəyə dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun, indiyədək sənin başına elə bir iş gəlməmişdir ki, Allah bu işdə sənə bir yol göstərməsin və bu işi müsəlmanlar üçün bərəkətli etməsin”.”

Aişə
Səhih

İstinad

Muslim, 843 (Heyz, 139)

Səhih Muslim — Heyz kitabı