Təyəmmüm
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَابْنُ نُمَيْرٍ جَمِيعًا عَنْ أَبِى مُعَاوِيَةَ قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ قَالَ كُنْتُ جَالِسًا مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ أَبُو مُوسَى يَا أَبَا عَبْدِ الرَّحْمَنِ أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً أَجْنَبَ فَلَمْ يَجِدِ الْمَاءَ شَهْرًا كَيْفَ يَصْنَعُ بِالصَّلاَةِ فَقَالَ عَبْدُ اللَّهِ لاَ يَتَيَمَّمُ وَإِنْ لَمْ يَجِدِ الْمَاءَ شَهْرًا. فَقَالَ أَبُو مُوسَى فَكَيْفَ بِهَذِهِ الآيَةِ فِى سُورَةِ الْمَائِدَةِ {فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا} فَقَالَ عَبْدُ اللَّهِ لَوْ رُخِّصَ لَهُمْ فِى هَذِهِ الآيَةِ - لأَوْشَكَ إِذَا بَرَدَ عَلَيْهِمُ الْمَاءُ أَنْ يَتَيَمَّمُوا بِالصَّعِيدِ. فَقَالَ أَبُو مُوسَى لِعَبْدِ اللَّهِ أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ فَأَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ فَتَمَرَّغْتُ فِى الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ثُمَّ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ بِيَدَيْكَ هَكَذَا ». ثُمَّ ضَرَبَ بِيَدَيْهِ الأَرْضَ ضَرْبَةً وَاحِدَةً ثُمَّ مَسَحَ الشِّمَالَ عَلَى الْيَمِينِ وَظَاهِرَ كَفَّيْهِ وَوَجْهَهُ. فَقَالَ عَبْدُ اللَّهِ أَوَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِقَوْلِ عَمَّارٍ
“Rəvayət edilir ki, Şəqiq ﵀ demişdir: “Bir dəfə mən Abdullah və Əbu Musa ilə birlikdə oturmuşdum. Əbu Musa Abdullahdan: “Ey Əbu Abdur-Rahmən! De görək, əgər adam cunub olsa və bir ay su tapa bilməsə, namazı necə qılmalıdır?”, – deyə soruşdu. Abdullah dedi: “Bir ay su tapmasa belə, təyəmmüm etməməlidir”. Əbu Musa soruşdu: “Bəs onda “əl-Maidə” surəsindəki bu: “...su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” (əl-Maidə, 6) ayəsini necə izah edərsən?” Abdullah dedi: “Əgər insanlara bu ayəyə əsasən rüsxət verilərsə, onlar suyun soyuq olduğunu gördükdə onu qoyub torpaqla təyəmmüm etməyə başlayacaqlar”. Əbu Musa Abdullaha dedi: “Məgər sən Əmmarın bu sözünü eşitməmisənmi? O demişdir ki, Allah Elçisi ﷺ məni bir iş dalınca göndərmişdi. Səfər əsnasında mən cənabət halına düşdüm və su tapa bilmədim. Bu səbəbdən də mən, heyvanın ağnadığı kimi yerdə o üzə-bu üzə çevrilib bədənimi torpağa sürtməyə başladım. Sonra Peyğəmbərin ﷺ yanına gəldim və bunu ona danışdım. Peyğəmbər ﷺ: “Sadəcə iki əlinlə belə etməyin sənə kifayət edərdi”, – dedi, sonra əllərini bir dəfə yerə vurdu, sonra da sol əlini sağ əlinə sürtərək əllərinin üst tərəfinə və üzünə məsh etdi”. Abdullah ona etirazını bildirib dedi: “Məgər sən Ömərin Əmmarın bu sözü ilə razılaşmadığını görmədinmi?!””
İstinad
Muslim, 844 (Heyz, 140)
Səhih Muslim — Heyz kitabı