Heyz kitabı

Heyz olmuş qadına namazın deyil, yalnız orucun qəzasını tutmağın vacib olması

وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ عَاصِمٍ عَنْ مُعَاذَةَ قَالَتْ سَأَلْتُ عَائِشَةَ فَقُلْتُ مَا بَالُ الْحَائِضِ تَقْضِى الصَّوْمَ وَلاَ تَقْضِى الصَّلاَةَ فَقَالَتْ أَحَرُورِيَّةٌ أَنْتِ قُلْتُ لَسْتُ بِحَرُورِيَّةٍ وَلَكِنِّى أَسْأَلُ. قَالَتْ كَانَ يُصِيبُنَا ذَلِكَ فَنُؤْمَرُ بِقَضَاءِ الصَّوْمِ وَلاَ نُؤْمَرُ بِقَضَاءِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Muazə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Nəyə görə heyzli qadın orucun qəzasını tutur, amma namazın qəzasını qılmır?” Aişə dedi: “Sən hərurilərdənsən?!” Mən dedim: “Yox, həruri deyiləm, lakin soruşuram ki, səbəbini öyrənim”. Aişə dedi: “Biz heyz olduqda bizə orucun qəzasını tutmaq əmr edilər, namazın qəzasını qılmaq isə əmr edilməzdi”.”

Muazə
Səhih

İstinad

Muslim, 789 (Heyz, 85)

Səhih Muslim — Heyz kitabı