Heyz kitabı

Cənabət qüslu aldıqda müstəhəb sayılan su miqdarı, kişi ilə qadının bir qabdan və bir yerdə qüsl etməsi və onlardan birinin digərinin artığı ilə yuyunması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا ابْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ كِلاَهُمَا عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ فِى الْقَدَحِ وَهُوَ الْفَرَقُ وَكُنْتُ أَغْتَسِلُ أَنَا وَهُوَ فِى الإِنَاءِ الْوَاحِدِ. وَفِى حَدِيثِ سُفْيَانَ مِنْ إِنَاءٍ وَاحِدٍ. قَالَ قُتَيْبَةُ قَالَ سُفْيَانُ وَالْفَرَقُ ثَلاَثَةُ آصُعٍ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ “fəraq” deyilən bir qabdan su götürüb qüsl alardı Mən də onunla birlikdə eyni qabdan qüsl alardım”. Ravi Süfyanın rəvayətində “Bir qabdan” deyilir. Quteybə rəvayət edir ki, Süfyan belə demişdir: “Fəraq üç saaya bərabərdir”.”

Aişə
Səhih

İstinad

Muslim, 753 (Heyz, 49)

Səhih Muslim — Heyz kitabı