Cənabət qüslu aldıqda müstəhəb sayılan su miqdarı, kişi ilə qadının bir qabdan və bir yerdə qüsl etməsi və onlardan birinin digərinin artığı ilə yuyunması
وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ أَنَا وَأَخُوهَا مِنَ الرَّضَاعَةِ فَسَأَلَهَا عَنْ غُسْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْجَنَابَةِ فَدَعَتْ بِإِنَاءٍ قَدْرِ الصَّاعِ فَاغْتَسَلَتْ وَبَيْنَنَا وَبَيْنَهَا سِتْرٌ وَأَفْرَغَتْ عَلَى رَأْسِهَا ثَلاَثًا. قَالَ وَكَانَ أَزْوَاجُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْخُذْنَ مِنْ رُءُوسِهِنَّ حَتَّى تَكُونَ كَالْوَفْرَةِ.
“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Aişənin süd qardaşı ilə birgə onun yanına getdim. Süd qardaşı ondan Peyğəmbərin ﷺ cənabətli olduqda necə qüsl aldığını soruşdu. Aişə bir saa qədər su tutan bir qab gətizdirdi və özü ilə bizim aramızda pərdə tutub qüsl aldı. Qüsl əsnasında başına üç dəfə su tökdü”. Əbu Sələmə deyir: “Peyğəmbərin ﷺ zövcələri öz saçlarından o qədər alardılar ki, saçları qulaq mərcəyinə çatardı”.”
İstinad
Muslim, 754 (Heyz, 50)
Səhih Muslim — Heyz kitabı