Heyz kitabı

Dəvə əti yedikdən sonra dəstəmaz almaq

حَدَّثَنَا أَبُو كَامِلٍ فُضَيْلُ بْنُ حُسَيْنٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَوْهَبٍ عَنْ جَعْفَرِ بْنِ أَبِى ثَوْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَأَتَوَضَّأُ مِنْ لُحُومِ الْغَنَمِ قَالَ « إِنْ شِئْتَ فَتَوَضَّأْ وَإِنْ شِئْتَ فَلاَ تَوَضَّأْ ». قَالَ أَتَوَضَّأُ مِنْ لُحُومِ الإِبِلِ قَالَ « نَعَمْ فَتَوَضَّأْ مِنْ لُحُومِ الإِبِلِ ». قَالَ أُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ قَالَ « نَعَمْ ». قَالَ أُصَلِّى فِى مَبَارِكِ الإِبِلِ قَالَ « لاَ ».

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “Qoyun əti yedikdən sonra dəstəmaz almalıyammı?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, al, istəyirsən, alma”. Adam yenə soruşdu: “Bəs dəvə əti yedikdən sonra dəstəmaz almalıyammı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, dəvə əti yedikdən sonra dəstəmaz almalısan”. Adam soruşdu: “Qoyun ağıllarında namaz qıla bilərəmmi?” Allah Elçisi ﷺ: “Bəli!”, – deyə cavab verdi. Adam yenə soruşdu: “Bəs dəvə ağıllarında namaz qıla bilərəmmi?” Allah Elçisi ﷺ: “Xeyr!”, – deyə buyurdu”.”

Cabir ibn Səmura
Səhih

İstinad

Muslim, 828 (Heyz, 124)

Səhih Muslim — Heyz kitabı