Heyz kitabı

Dəstəmazlı olduğunu yəqin etdikdən sonra onun pozulduğuna şübhə edən kimsənin əvvəlki dəstəmazı ilə namaz qıla biləcəyinə dəlil

وَحَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ عَمْرٌو حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ سَعِيدٍ وَعَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ شُكِىَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الرَّجُلُ يُخَيَّلُ إِلَيْهِ أَنَّهُ يَجِدُ الشَّىْءَ فِى الصَّلاَةِ قَالَ « لاَ يَنْصَرِفُ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا ». قَالَ أَبُو بَكْرٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ فِى رِوَايَتِهِمَا هُوَ عَبْدُ اللَّهِ بْنُ زَيْدٍ.

“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi ﵁ demişdir: “Namaz əsnasında özündən sanki yel çıxdığını hiss edən kimsə barədə Peyğəmbərə ﷺ xəbər verildi. Peyğəmbər ﷺ buyurdu: “Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!” Ravilər Əbu Bəkr və Zuheyr ibn Hərb öz rəvayətlərində demişlər: “Onun əmisi Abdullah ibn Zeyddir”.”

Abbad ibn Təmim əmisindən
Səhih

İstinad

Muslim, 830 (Heyz, 126)

Səhih Muslim — Heyz kitabı