Heyz gördükdən sonra qüsl alan qadının qan axan yeri təmizləmək üçün ətirlənmiş parçadan istifadə etməsinin müstəhəbliyi
وَحَدَّثَنِى أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِىُّ حَدَّثَنَا حَبَّانُ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا مَنْصُورٌ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَغْتَسِلُ عِنْدَ الطُّهْرِ فَقَالَ « خُذِى فِرْصَةً مُمَسَّكَةً فَتَوَضَّئِى بِهَا ». ثُمَّ ذَكَرَ نَحْوَ حَدِيثِ سُفْيَانَ.
“Aişə ﵂ rəvayət edir ki, bir qadın Peyğəmbərdən ﷺ: “Heyzdən təmizləndikdə necə qüsl alım?”, – deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Ətirlənmiş bir parça götür və onunla təmizlən...”. Sonra ravi yuxarıdakı hədisin eynisi rəvayət etdi.”
İstinad
Muslim, 775 (Heyz, 71)
Səhih Muslim — Heyz kitabı