Heyz gördükdən sonra qüsl alan qadının qan axan yeri təmizləmək üçün ətirlənmiş parçadan istifadə etməsinin müstəhəbliyi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ إِبْرَاهِيمَ بْنِ الْمُهَاجِرِ قَالَ سَمِعْتُ صَفِيَّةَ تُحَدِّثُ عَنْ عَائِشَةَ أَنَّ أَسْمَاءَ سَأَلَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ غُسْلِ الْمَحِيضِ فَقَالَ « تَأْخُذُ إِحْدَاكُنَّ مَاءَهَا وَسِدْرَتَهَا فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ دَلْكًا شَدِيدًا حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تَصُبُّ عَلَيْهَا الْمَاءَ. ثُمَّ تَأْخُذُ فِرْصَةً مُمَسَّكَةً فَتَطَهَّرُ بِهَا ». فَقَالَتْ أَسْمَاءُ وَكَيْفَ تَطَهَّرُ بِهَا فَقَالَ « سُبْحَانَ اللَّهِ تَطَهَّرِينَ بِهَا ». فَقَالَتْ عَائِشَةُ كَأَنَّهَا تُخْفِى ذَلِكَ تَتَبَّعِينَ أَثَرَ الدَّمِ. وَسَأَلَتْهُ عَنْ غُسْلِ الْجَنَابَةِ فَقَالَ « تَأْخُذُ مَاءً فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ - أَوْ تُبْلِغُ الطُّهُورَ - ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تُفِيضُ عَلَيْهَا الْمَاءَ ». فَقَالَتْ عَائِشَةُ نِعْمَ النِّسَاءُ نِسَاءُ الأَنْصَارِ لَمْ يَكُنْ يَمْنَعُهُنَّ الْحَيَاءُ أَنْ يَتَفَقَّهْنَ فِى الدِّينِ.
“Rəvayət edilir ki, Səfiyyə ﵀ demişdir: “Aişə belə buyurdu: “Əsma Peyğəmbərdən ﷺ heyzdən sonrakı qüsl barəsində soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Sizdən biriniz (heyzdən təmizləndiyi vaxt) suyunu və sidrini götürüb təmizlənsin. Təmizlənməyi də gözəl şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını yaxşıca ovxalasın. Sonra bədəninə su əndərsin. Sonra da ətirlənmiş bir parça götürüb onunla təmizlənsin”. Əsma dedi: “Onunla necə təmizlənsin?” Peyğəmbər ﷺ buyurdu: “Subhən-Allah! Onunla təmizlənirsən!” Aişə oradakılara eşitdirməsin deyə alçaq səslə qadına dedi: “Qan ləkəsi qalmış yerləri silib təmizlə”. Sonra qadın Peyğəmbərdən ﷺ cənabət qüslu barədə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Su götürüb təmizlənsin və təmizlənməni gözəl şəkildə, yaxud kamil şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını ovxalasın. Sonra da bədəninə su əndərsin”. Aişə dedi: “Ənsar qadınları nə gözəl qadınlardır! Həyaları onlara dini öyrənməyə mane olmamışdır”.”
İstinad
Muslim, 776 (Heyz, 72)
Səhih Muslim — Heyz kitabı