Heyz kitabı

Heyz gördükdən sonra qüsl alan qadının qan axan yeri təmizləmək üçün ətirlənmiş parçadan istifadə etməsinin müstəhəbliyi

حَدَّثَنَا عَمْرُو بْنُ مُحَمَّدٍ النَّاقِدُ وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ عَمْرٌو حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنْ مَنْصُورٍ ابْنِ صَفِيَّةَ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ قَالَتْ سَأَلَتِ امْرَأَةٌ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ تَغْتَسِلُ مِنْ حَيْضَتِهَا قَالَ فَذَكَرَتْ أَنَّهُ عَلَّمَهَا كَيْفَ تَغْتَسِلُ ثُمَّ تَأْخُذُ فِرْصَةً مِنْ مِسْكٍ فَتَطَهَّرُ بِهَا. قَالَتْ كَيْفَ أَتَطَهَّرُ بِهَا قَالَ « تَطَهَّرِى بِهَا. سُبْحَانَ اللَّهِ ». وَاسْتَتَرَ - وَأَشَارَ لَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ بِيَدِهِ عَلَى وَجْهِهِ - قَالَ قَالَتْ عَائِشَةُ وَاجْتَذَبْتُهَا إِلَىَّ وَعَرَفْتُ مَا أَرَادَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ تَتَبَّعِى بِهَا أَثَرَ الدَّمِ. وَقَالَ ابْنُ أَبِى عُمَرَ فِى رِوَايَتِهِ فَقُلْتُ تَتَبَّعِى بِهَا آثَارَ الدَّمِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir qadın Peyğəmbərdən ﷺ heyzdən sonra yuyunması haqda soruşdu. Peyğəmbər ﷺ ona necə yuyunacağını başa salaraq buyurdu: “Müşkə batırılmış bir parça götürüb onunla təmizlənirsən”. Qadın dedi: “Onunla necə təmizlənim?” Peyğəmbər ﷺ: “Subhən-Allah! Onunla təmizlən!”, – deyə buyurdu və üzünü örtdü. (Hədisin bu yerində ravi Süfyan əlini üzünə tutmaqla onun üzünü necə örtdüyünü bizə göstərdi). Aişə deyir: “Mən Peyğəmbərin ﷺ nəyi nəzərdə tutduğunu anladım və qadını özümə tərəf çəkib dedim: “Onunla qan ləkəsi qalmış yerləri silib təmizlə”. Ravi İbn Əbu Ömər öz rəvayətində demişdir: “Aişə dedi: “Onunla qan ləkələri qalmış yerləri silib təmizlə”.”

Aişə
Səhih

İstinad

Muslim, 774 (Heyz, 70)

Səhih Muslim — Heyz kitabı