Heyz kitabı

Qüsl alan qadının saç hörüklərinin hökmü

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَلِىُّ بْنُ حُجْرٍ جَمِيعًا عَنِ ابْنِ عُلَيَّةَ قَالَ يَحْيَى أَخْبَرَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ عَنْ أَيُّوبَ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ قَالَ بَلَغَ عَائِشَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو يَأْمُرُ النِّسَاءَ إِذَا اغْتَسَلْنَ أَنْ يَنْقُضْنَ رُءُوسَهُنَّ فَقَالَتْ يَا عَجَبًا لاِبْنِ عَمْرٍو هَذَا يَأْمُرُ النِّسَاءَ إِذَا اغْتَسَلْنَ أَنْ يَنْقُضْنَ رُءُوسَهُنَّ أَفَلاَ يَأْمُرُهُنَّ أَنْ يَحْلِقْنَ رُءُوسَهُنَّ لَقَدْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ وَلاَ أَزِيدُ عَلَى أَنْ أُفْرِغَ عَلَى رَأْسِى ثَلاَثَ إِفْرَاغَاتٍ.

“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Aişəyə xəbər çatdı ki, Abdullah ibn Amr qadınlara qüsl aldıqları vaxt hörüklərini açmalarını əmr edir. Aişə dedi: “Qəribə adamdır bu Amrın oğlu! Qadınlara qüsl aldıqları vaxt hörüklərini açmalarını əmr edir. Niyə onlara başlarını keçəl qırxdırmağı əmr etmir?! Düzü, mən Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan su götürüb qüsl alardım. Mən başıma üç dəfə su tökməkdən əlavə bir şey etməzdim”.”

Ubeyd ibn Umeyr
Səhih

İstinad

Muslim, 773 (Heyz, 69)

Səhih Muslim — Heyz kitabı