Heyz kitabı

Məni ifraz etmiş qadına qüsl etməyin vacib olması

حَدَّثَنَا عَبَّاسُ بْنُ الْوَلِيدِ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ أَنَّ أُمَّ سُلَيْمٍ حَدَّثَتْ أَنَّهَا سَأَلَتْ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَرْأَةِ تَرَى فِى مَنَامِهَا مَا يَرَى الرَّجُلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا رَأَتْ ذَلِكِ الْمَرْأَةُ فَلْتَغْتَسِلْ ». فَقَالَتْ أُمُّ سُلَيْمٍ وَاسْتَحْيَيْتُ مِنْ ذَلِكَ قَالَتْ وَهَلْ يَكُونُ هَذَا فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ فَمِنْ أَيْنَ يَكُونُ الشَّبَهُ إِنَّ مَاءَ الرَّجُلِ غَلِيظٌ أَبْيَضُ وَمَاءَ الْمَرْأَةِ رَقِيقٌ أَصْفَرُ فَمِنْ أَيِّهِمَا عَلاَ أَوْ سَبَقَ يَكُونُ مِنْهُ الشَّبَهُ ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ummu Suleym Allahın Peyğəmbərindən ﷺ, yuxusunda kişinin gördüyünü görən qadın haqqında soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Qadın onu (mənini) gördükdə qüsl almalıdır”. Ummu Suleym dedi: “Mən onun bu sözündən utandım. Ummu Suleym soruşdu: “Məgər qadın su (mənini) görə bilərmi?” Allahın Peyğəmbəri ﷺ buyurdu: “Bəli! Yoxsa oxşarlıq haradan olur?! Kişinin suyu qatı və ağ rəngdə, qadınınki isə duru və sarı rəngdə olur. Hansı birinin suyu digərini üstələsə və ya qabaqlasa, oxşarlıq da ondan olur”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Muslim, 736 (Heyz, 32)

Səhih Muslim — Heyz kitabı