Məni ifraz etmiş qadına qüsl etməyin vacib olması
وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ قَالَ قَالَ إِسْحَاقُ بْنُ أَبِى طَلْحَةَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ جَاءَتْ أُمُّ سُلَيْمٍ - وَهِىَ جَدَّةُ إِسْحَاقَ - إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ لَهُ وَعَائِشَةُ عِنْدَهُ يَا رَسُولَ اللَّهِ الْمَرْأَةُ تَرَى مَا يَرَى الرَّجُلُ فِى الْمَنَامِ فَتَرَى مِنْ نَفْسِهَا مَا يَرَى الرَّجُلُ مِنْ نَفْسِهِ. فَقَالَتْ عَائِشَةُ يَا أُمَّ سُلَيْمٍ فَضَحْتِ النِّسَاءَ تَرِبَتْ يَمِينُكِ. فَقَالَ لِعَائِشَةَ « بَلْ أَنْتِ فَتَرِبَتْ يَمِينُكِ نَعَمْ فَلْتَغْتَسِلْ يَا أُمَّ سُلَيْمٍ إِذَا رَأَتْ ذَاكِ ».
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə İshaqın nənəsi Ummu Suleym Allah Elçisinin ﷺ yanına gəldi. Aişə də orada idi. Ummu Suleym Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Qadın yuxuda kişinin gördüyünü görür, kişinin öz nəfsində hiss etdiyini qadın da öz nəfsində hiss edir. Belə olduqda o nə etməlidir?” Aişə dedi: “Ey Ummu Suleym! Qadınların gizli saxladığını ifşa etdin, ay yazıq!” Allah Elçisi ﷺ Aişəyə dedi: “Əksinə, bu söz sənə aiddir, yazıq sənsən. Bəli, ey Ummu Suleym! Qadın da bunu gördüyü (və məni çıxdığı) vaxt qüsl almalıdır”.”
İstinad
Muslim, 735 (Heyz, 31)
Səhih Muslim — Heyz kitabı