Dəstəmazsız halda yemək yeməyin icazəli olması, bunun xoşagəlməz bir şey sayılmaması və dəstəmaz pozulduqdan sonra dərhal dəstəmaz almağa lüzum olmaması
وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُسْلِمٍ الطَّائِفِىُّ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ مَوْلَى آلِ السَّائِبِ أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قَالَ ذَهَبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْغَائِطِ فَلَمَّا جَاءَ قُدِّمَ لَهُ طَعَامٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ أَلاَ تَوَضَّأُ. قَالَ « لِمَ أَلِلصَّلاَةِ ».
“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ayaqyoluna getdi. Geri qayıtdıqdan sonra ona yemək gətirdilər və ondan soruşdular: “Ey Allahın Elçisi, dəstəmaz almayacaqsanmı?” Peyğəmbər ﷺ buyurdu: “Nə üçün? Namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!””
İstinad
Muslim, 855 (Heyz, 151)
Səhih Muslim — Heyz kitabı