Heyz kitabı

Dəstəmazsız halda yemək yeməyin icazəli olması, bunun xoşagəlməz bir şey sayılmaması və dəstəmaz pozulduqdan sonra dərhal dəstəmaz almağa lüzum olmaması

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ عَمْرٍو عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ مِنَ الْغَائِطِ وَأُتِىَ بِطَعَامٍ فَقِيلَ لَهُ أَلاَ تَوَضَّأُ فَقَالَ « لِمَ أَأُصَلِّى فَأَتَوَضَّأَ ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. O, ayaqyolundan gəldi və ona yemək gətirdilər. Sonra ondan: “Dəstəmaz almırsanmı?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Nə üçün? Məgər mən namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!””

İbn Abbas
Səhih

İstinad

Muslim, 854 (Heyz, 150)

Səhih Muslim — Heyz kitabı