Oturmuş vəziyyətdə yatmış kimsənin dəstəmazının pozulmamasına dəlil
حَدَّثَنِى أَحْمَدُ بْنُ سَعِيدِ بْنِ صَخْرٍ الدَّارِمِىُّ حَدَّثَنَا حَبَّانُ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّهُ قَالَ أُقِيمَتْ صَلاَةُ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِى حَاجَةٌ. فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِيهِ حَتَّى نَامَ الْقَوْمُ - أَوْ بَعْضُ الْقَوْمِ - ثُمَّ صَلَّوْا.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İşa namazının iqaməsi verildi. Bu vaxt bir nəfər: “Mənim Peyğəmbərə ﷺ deyiləsi sözüm var”, – dedi. Peyğəmbər ﷺ qalxıb onunla gizlicə söhbət etməyə başladı. İş o yerə gəlib çatdı ki, səhabələr, yaxud onlardan bəzisi artıq yuxulayırdı. Sonra hamısı qalxıb namaz qıldı”.”
İstinad
Muslim, 862 (Heyz, 158)
Səhih Muslim — Heyz kitabı