Başa və bədənin digər tərəflərinə üç dəfə su tökməyin bəyənilməsi
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ أَبِى إِسْحَاقَ عَنْ سُلَيْمَانَ بْنِ صُرَدٍ عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ تَمَارَوْا فِى الْغُسْلِ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ بَعْضُ الْقَوْمِ أَمَّا أَنَا فَإِنِّى أَغْسِلُ رَأْسِى كَذَا وَكَذَا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَّا أَنَا فَإِنِّى أُفِيضُ عَلَى رَأْسِى ثَلاَثَ أَكُفٍّ ».
“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Bir dəfə səhabələr Allah Elçisinin ﷺ hüzurunda qüsl alan zaman sərf edilən su haqda mübahisə etdilər. Onlardan bəzisi: “Mənə gəlincə, mən başımı bu qədər, bu qədər su ilə yuyuram”, – dedi. Bunu eşidəndə Peyğəmbər ﷺ buyurdu: “Mənə gəlincə, mən başıma üç ovuc su tökürəm”.”
İstinad
Muslim, 766 (Heyz, 62)
Səhih Muslim — Heyz kitabı