Heyz kitabı

“Odda bişmiş şeylərdən yedikdən sonra dəstəmaz almaq” hökmünün ləğv edilməsi

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ حَلْحَلَةَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ عَلَيْهِ ثِيَابَهُ ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ فَأُتِىَ بِهَدِيَّةٍ خُبْزٍ وَلَحْمٍ فَأَكَلَ ثَلاَثَ لُقَمٍ ثُمَّ صَلَّى بِالنَّاسِ وَمَا مَسَّ مَاءً.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ libasına bürünüb namaz qılmağa getdi. Elə bu vaxt ona çörək və ətdən ibarət hədiyyə gətirdilər. O bundan üç loxma yedi, sonra suya toxunmadan (dəstəmaz almadan) camaata namaz qıldırdı.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 826 (Heyz, 122)

Səhih Muslim — Heyz kitabı