Cənabətli ikən yatmağın icazəli olması, bu vəziyyətdə olarkən yatmaq üçün dəstəmaz almağın, yemək və ya içmək, yatmaq, ya da cinsi əlaqəyə girmək istədikdə cinsiyyət üzvünü yumağın bəyənilən olması
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَيْسٍ قَالَ سَأَلْتُ عَائِشَةَ عَنْ وِتْرِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ الْحَدِيثَ قُلْتُ كَيْفَ كَانَ يَصْنَعُ فِى الْجَنَابَةِ أَكَانَ يَغْتَسِلُ قَبْلَ أَنْ يَنَامَ أَمْ يَنَامُ قَبْلَ أَنْ يَغْتَسِلَ قَالَتْ كُلُّ ذَلِكَ قَدْ كَانَ يَفْعَلُ رُبَّمَا اغْتَسَلَ فَنَامَ وَرُبَّمَا تَوَضَّأَ فَنَامَ. قُلْتُ الْحَمْدُ لِلَّهِ الَّذِى جَعَلَ فِى الأَمْرِ سَعَةً.
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qeys ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ Vitr namazı barəsində soruşdum. O da hədisi danışdı. Mən dedim: “O, cənabətli ikən nə edərdi? Yatmazdan əvvəl qüsl edərdimi? Yoxsa qüsl etməzdən əvvəl yatardı?” Aişə dedi: “Hər ikisini edərdi. Bəzən qüsl edər, sonra yatar, bəzən də dəstəmaz alar, sonra yatardı”. Mən dedim: “Hər işdə sərbəstlik verən Allaha həmd olsun!””
İstinad
Muslim, 731 (Heyz, 27)
Səhih Muslim — Heyz kitabı