Heyz kitabı

Ölmüş heyvan dərisinin aşılanma ilə təmizlənməsi

وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ الرَّبِيعِ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ أَبِى الْخَيْرِ حَدَّثَهُ قَالَ حَدَّثَنِى ابْنُ وَعْلَةَ السَّبَئِىُّ قَالَ سَأَلْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قُلْتُ إِنَّا نَكُونُ بِالْمَغْرِبِ فَيَأْتِينَا الْمَجُوسُ بِالأَسْقِيَةِ فِيهَا الْمَاءُ وَالْوَدَكُ فَقَالَ اشْرَبْ. فَقُلْتُ أَرَأْىٌ تَرَاهُ فَقَالَ ابْنُ عَبَّاسٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « دِبَاغُهُ طَهُورُهُ ».

“Rəvayət edilir ki, İbn Va'lə əs-Səbai ﵀ demişdir: “Mən Abdullah ibn Abbasdan soruşdum: “Biz məğribdə yaşayırıq. Atəşpərəstlər bizə içərisində su və ərinmiş iç yağı olan tuluqlar gətirirlər”. İbn Abbas dedi: “İçə bilərsən”. Mən: “Bu sənin öz rəyindirmi?”, – deyə soruşdum. İbn Abbas dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Dərinin aşılanması onun təmizləyicisidir”.”

İbn Va'lə əs-Səbai
Səhih

İstinad

Muslim, 841 (Heyz, 137)

Səhih Muslim — Heyz kitabı