Cənabət halında olarkən qüsl almağın qaydası
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ يَبْدَأُ فَيَغْسِلُ يَدَيْهِ ثُمَّ يُفْرِغُ بِيَمِينِهِ عَلَى شِمَالِهِ فَيَغْسِلُ فَرْجَهُ ثُمَّ يَتَوَضَّأُ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ يَأْخُذُ الْمَاءَ فَيُدْخِلُ أَصَابِعَهُ فِى أُصُولِ الشَّعْرِ حَتَّى إِذَا رَأَى أَنْ قَدِ اسْتَبْرَأَ حَفَنَ عَلَى رَأْسِهِ ثَلاَثَ حَفَنَاتٍ ثُمَّ أَفَاضَ عَلَى سَائِرِ جَسَدِهِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ.
“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda əvvəlcə əllərini yuyardı. Sonra sağ əli ilə su götürüb sol əlinin üstünə tökər və cinsiyyət orqanını yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı. Sonra suyu ovuclayıb barmaqlarını saçlarının dibinə qədər salar və başının hər yerinə su dəydiyinə əmin oluncayadək onu yuyardı. Sonra suyu ovuclayıb başına üç ovuc su tökər, sonra da bütün bədəninə su əndərərdi. Axırda da ayaqlarını yuyardı”.”
İstinad
Muslim, 744 (Heyz, 40)
Səhih Muslim — Heyz kitabı