İstihazəli qadın, onun qüsl etməsi və namaz qılması
وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ - خَتَنَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ - اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ فَاسْتَفْتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى ذَلِكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ وَلَكِنَّ هَذَا عِرْقٌ فَاغْتَسِلِى وَصَلِّى ». قَالَتْ عَائِشَةُ فَكَانَتْ تَغْتَسِلُ فِى مِرْكَنٍ فِى حُجْرَةِ أُخْتِهَا زَيْنَبَ بِنْتِ جَحْشٍ حَتَّى تَعْلُوَ حُمْرَةُ الدَّمِ الْمَاءَ. قَالَ ابْنُ شِهَابٍ فَحَدَّثْتُ بِذَلِكَ أَبَا بَكْرِ بْنَ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ فَقَالَ يَرْحَمُ اللَّهُ هِنْدًا لَوْ سَمِعَتْ بِهَذِهِ الْفُتْيَا وَاللَّهِ إِنْ كَانَتْ لَتَبْكِى لأَنَّهَا كَانَتْ لاَ تُصَلِّى.
“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ baldızı, həm də Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş yeddi il idi ki, istihazə olurdu. O bu haqda Allah Elçisinə ﷺ dedi. Allah Elçisi ﷺ də ona belə buyurdu: “Şübhəsiz ki, bu, heyz deyil, damar qanıdır. Odur ki, yuyun və namazını qıl!” Aişə demişdir: “Ummu Həbibə bacısı Zeynəb bint Cəhşin otağında bir ləyənin içində yuyunar, qanın rəngi də suyun üzünə çıxardı”. Ravi İbn Şihab deyir: “Mən bunu Əbu Bəkr ibn Abdur-Rahmən ibn Haris ibn Hişama danışdım. O dedi: “Allah Hində rəhmət eləsin! Əgər o bu fətvanı eşitsəydi, Allaha and olsun ki, ağlayardı. Çünki o buna görə namaz qılmırdı”.”
İstinad
Muslim, 782 (Heyz, 78)
Səhih Muslim — Heyz kitabı