İstihazəli qadın, onun qüsl etməsi və namaz qılması
وَحَدَّثَنِى أَبُو عِمْرَانَ مُحَمَّدُ بْنُ جَعْفَرِ بْنِ زِيَادٍ أَخْبَرَنَا إِبْرَاهِيمُ - يَعْنِى ابْنَ سَعْدٍ - عَنِ ابْنِ شِهَابٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَتِ اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ بِمِثْلِ حَدِيثِ عَمْرِو بْنِ الْحَارِثِ إِلَى قَوْلِهِ تَعْلُوَ حُمْرَةُ الدَّمِ الْمَاءَ. وَلَمْ يَذْكُرْ مَا بَعْدَهُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisinin ﷺ yanına gəldi. O, yeddi il idi ki, istihazə olurdu...”. Ravi bu hədisi yuxarıdakı hədisə bənzər – “qanın rəngi də suyun üzünə çıxardı” sözünə kimi rəvayət etmiş, lakin bundan sonrasını qeyd etməmişdir.”
İstinad
Muslim, 783 (Heyz, 79)
Səhih Muslim — Heyz kitabı