Heyz kitabı

İstihazəli qadın, onun qüsl etməsi və namaz qılması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتِ اسْتَفْتَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ إِنِّى أُسْتَحَاضُ. فَقَالَ « إِنَّمَا ذَلِكِ عِرْقٌ فَاغْتَسِلِى ثُمَّ صَلِّى ». فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ. قَالَ اللَّيْثُ بْنُ سَعْدٍ لَمْ يَذْكُرِ ابْنُ شِهَابٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ أَنْ تَغْتَسِلَ عِنْدَ كُلِّ صَلاَةٍ وَلَكِنَّهُ شَىْءٌ فَعَلَتْهُ هِىَ. وَقَالَ ابْنُ رُمْحٍ فِى رِوَايَتِهِ ابْنَةُ جَحْشٍ وَلَمْ يَذْكُرْ أُمَّ حَبِيبَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisinə ﷺ dedi: “Məndən davamlı olaraq qan gəlir”. Allah Elçisi ﷺ ona: “Bu sadəcə damar qanıdır. Sən yuyun, sonra da namazını qıl”, – deyə buyurdu. Elə buna görə də Ummu Həbibə hər namazdan qabaq yuyunardı”. Leys ibn Səd demişdir: “Ravi İbn Şihab Allah Elçisinin ﷺ, Cəhşin qızı Ummu Həbibəyə hər namazdan qabaq yuyunmağı buyurduğunu qeyd etməmişdir, lakin bu, Ummu Həbibənin öz istəyi ilə etdiyi bir şeydir”. Ravi İbn Rumh isə öz rəvayətində “Cəhşin qızı” demiş və “Ummu Həbibə” sözünü qeyd etməmişdir.”

Aişə
Səhih

İstinad

Muslim, 781 (Heyz, 77)

Səhih Muslim — Heyz kitabı