Ölmüş heyvan dərisinin aşılanma ilə təmizlənməsi
وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ شَاةً مَيْتَةً أُعْطِيَتْهَا مَوْلاَةٌ لِمَيْمُونَةَ مِنَ الصَّدَقَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلاَّ انْتَفَعْتُمْ بِجِلْدِهَا ». قَالُوا إِنَّهَا مَيْتَةٌ. فَقَالَ « إِنَّمَا حَرُمَ أَكْلُهَا ».
“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunənin köləlikdən azad etdiyi adama sədəqə olaraq verilmiş qoyunun öldüyünü gördü və buyurdu: “Nə üçün bu qoyunun dərisini (aşılayıb ondan) istifadə etmirsiniz?” Onlar: “Axı o, murdar olub!”, – dedilər. Allah Elçisi ﷺ buyurdu: “Murdar olmuş heyvanın yalnız yeyilməsi haram edilmişdir”.”
İstinad
Muslim, 833 (Heyz, 129)
Səhih Muslim — Heyz kitabı