Cənabətli ikən yatmağın icazəli olması, bu vəziyyətdə olarkən yatmaq üçün dəstəmaz almağın, yemək və ya içmək, yatmaq, ya da cinsi əlaqəyə girmək istədikdə cinsiyyət üzvünü yumağın bəyənilən olması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ وَوَكِيعٌ وَغُنْدَرٌ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ جُنُبًا فَأَرَادَ أَنْ يَأْكُلَ أَوْ يَنَامَ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabətli halda yemək və ya yatmaq istədikdə namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı”.”
Aişə
Səhihİstinad
Muslim, 726 (Heyz, 22)
Səhih Muslim — Heyz kitabı