Təyəmmüm
حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ هَاشِمٍ الْعَبْدِىُّ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ الْقَطَّانَ - عَنْ شُعْبَةَ قَالَ حَدَّثَنِى الْحَكَمُ عَنْ ذَرٍّ عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّ رَجُلاً أَتَى عُمَرَ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أَجِدْ مَاءً. فَقَالَ لاَ تُصَلِّ. فَقَالَ عَمَّارٌ أَمَا تَذْكُرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِذْ أَنَا وَأَنْتَ فِى سَرِيَّةٍ فَأَجْنَبْنَا فَلَمْ نَجِدْ مَاءً فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فِى التُّرَابِ وَصَلَّيْتُ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَضْرِبَ بِيَدَيْكَ الأَرْضَ ثُمَّ تَنْفُخَ ثُمَّ تَمْسَحَ بِهِمَا وَجْهَكَ وَكَفَّيْكَ ». فَقَالَ عُمَرُ اتَّقِ اللَّهَ يَا عَمَّارُ. قَالَ إِنْ شِئْتَ لَمْ أُحَدِّثْ بِهِ. قَالَ الْحَكَمُ وَحَدَّثَنِيهِ ابْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ مِثْلَ حَدِيثِ ذَرٍّ قَالَ وَحَدَّثَنِى سَلَمَةُ عَنْ ذَرٍّ فِى هَذَا الإِسْنَادِ الَّذِى ذَكَرَ الْحَكَمُ فَقَالَ عُمَرُ نُوَلِّيكَ مَا تَوَلَّيْتَ.
“Səid ibn Abdur-Rahmən ibn Əbzə atasından rəvayət edir ki, bir dəfə bir nəfər Ömərin yanına gəlib dedi: “Mən cənabət halına düşdüm və su tapa bilmədim. İndi nə edim?” Ömər: “Namaz qılma!”, – deyə buyurdu. Bunu eşidəndə Əmmar dedi: “Yadındadırmı? Ey möminlərin əmiri! O vaxt ikimiz səfərdə ikən cənabət halına düşmüşdük və su tapa bilmədik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üzə-bu üzə çevrilərək bədənimi torpağa sürtdüm və qalxıb namazımı qıldım. Mən bunu Peyğəmbərə ﷺ xəbər verdikdə o mənə: “Sadəcə əllərini yerə vurmağın, ovuclarına üfürməyin, sonra da ovuclarını üzünə və biləyə qədər (əllərinə) sürtməyin sənə kifayət edərdi”, – deyə buyurmuşdu”. Ömər dedi: “Allahdan qorx, ey Əmmar!” Əmmar dedi: “İstəyirsən, bunu heç kəsə danışmayım!” Digər rəvayətdə Ömər demişdir: “Boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”.”
İstinad
Muslim, 846 (Heyz, 142)
Səhih Muslim — Heyz kitabı