Təyəmmüm
وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ أَخْبَرَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ ذَرًّا عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى قَالَ قَالَ الْحَكَمُ وَقَدْ سَمِعْتُهُ مِنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّ رَجُلاً أَتَى عُمَرَ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أَجِدْ مَاءً. وَسَاقَ الْحَدِيثَ وَزَادَ فِيهِ قَالَ عَمَّارٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنْ شِئْتَ لِمَا جَعَلَ اللَّهُ عَلَىَّ مِنْ حَقِّكَ لاَ أُحَدِّثُ بِهِ أَحَدًا وَلَمْ يَذْكُرْ حَدَّثَنِى سَلَمَةُ عَنْ ذَرٍّ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Bir nəfər Ömərin yanına gəlib soruşdu: “Mən cənabət halına düşdüm və su tapa bilmədim. İndi nə edim?” Hədisin sonunda bu əlavə var: “Əmmar dedi: “Ey möminlərin əmiri! Allah mənim üzərimə sənə itaət etmək haqqını vacib buyurduğu üçün, istəyirsənsə, mən bunu heç kəsə danışmayım”.”
İstinad
Muslim, 847 (Heyz, 143)
Səhih Muslim — Heyz kitabı