Odda bişmiş şeylərdən yedikdən sonra dəstəmaz almaq
قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ إِبْرَاهِيمَ بْنِ قَارِظٍ أَخْبَرَهُ أَنَّهُ وَجَدَ أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ عَلَى الْمَسْجِدِ فَقَالَ إِنَّمَا أَتَوَضَّأُ مِنْ أَثْوَارِ أَقِطٍ أَكَلْتُهَا لأَنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ ».
“Rəvayət edilir ki, Abdullah ibn İbrahim ibn Qariz ﵀ Əbu Hureyranı məsciddə dəstəmaz alarkən görmüşdür. Onda Əbu Hureyra demişdir: “Mən yediyim qurut tikələrinə görə dəstəmaz alıram, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Odda bişmiş şeylərdən (yedikdən sonra) dəstəmaz alın”.”
İstinad
Muslim, 815 (Heyz, 111)
Səhih Muslim — Heyz kitabı