“Suyu su vacib edir” hədisinin hökmünün ləğv edilməsi və kişi ilə qadının cinsiyyət üzvlərinin bir-birinə toxunması səbəbi ilə qüsl almağın vacib olması
وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو غَسَّانَ الْمِسْمَعِىُّ ح وَحَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالُوا حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ وَمَطَرٍ عَنِ الْحَسَنِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ثُمَّ جَهَدَهَا فَقَدْ وَجَبَ عَلَيْهِ الْغُسْلُ ». وَفِى حَدِيثِ مَطَرٍ « وَإِنْ لَمْ يُنْزِلْ ». قَالَ زُهَيْرٌ مِنْ بَيْنِهِمْ « بَيْنَ أَشْعُبِهَا الأَرْبَعِ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Kişi qadının dörd əzası arasında oturub onunla cinsi yaxınlıq edərsə, (hər ikisinə) qüsl etmək vacib olar”. Ravi Mətarın hədisində: “Məni çıxmasa belə” sözü qeyd edilmişdir. Hədisin ravilərindən olan Zuheyr: “Qadının dörd əzası arasına” deyə rəvayət etmişdir.”
İstinad
Muslim, 809 (Heyz, 105)
Səhih Muslim — Heyz kitabı