Xəlvətdə çılpaq vəziyyətdə çimməyin icazəli olması
وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَانَتْ بَنُو إِسْرَائِيلَ يَغْتَسِلُونَ عُرَاةً يَنْظُرُ بَعْضُهُمْ إِلَى سَوْأَةِ بَعْضٍ وَكَانَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - يَغْتَسِلُ وَحْدَهُ فَقَالُوا وَاللَّهِ مَا يَمْنَعُ مُوسَى أَنْ يَغْتَسِلَ مَعَنَا إِلاَّ أَنَّهُ آدَرُ - قَالَ - فَذَهَبَ مَرَّةً يَغْتَسِلُ فَوَضَعَ ثَوْبَهُ عَلَى حَجَرٍ فَفَرَّ الْحَجَرُ بِثَوْبِهِ - قَالَ - فَجَمَحَ مُوسَى بِإِثْرِهِ يَقُولُ ثَوْبِى حَجَرُ ثَوْبِى حَجَرُ. حَتَّى نَظَرَتْ بَنُو إِسْرَائِيلَ إِلَى سَوْأَةِ مُوسَى قَالُوا وَاللَّهِ مَا بِمُوسَى مِنْ بَأْسٍ . فَقَامَ الْحَجَرُ حَتَّى نُظِرَ إِلَيْهِ - قَالَ - فَأَخَذَ ثَوْبَهُ فَطَفِقَ بِالْحَجَرِ ضَرْبًا ». قَالَ أَبُو هُرَيْرَةَ وَاللَّهِ إِنَّهُ بِالْحَجَرِ نَدَبٌ سِتَّةٌ أَوْ سَبْعَةٌ ضَرْبُ مُوسَى بِالْحَجَرِ.
“Rəvayət edilir ki, Həmmam ibn Munəbbih: “Bu, Əbu Hureyranın bizə Allahın Elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir”, - demiş və bir çox hədislər qeyd etmişdir. Onlardan biri də budur: “Allah Elçisi ﷺ belə buyurdu: “İsrail övladları çılpaq halda bir-birinin ayıb yerlərinə baxa-baxa çimərdilər. Musa ﵇ isə təklikdə çimərdi. İsrail övladları dedilər: “Allaha and olsun ki, Musaya bizimlə birlikdə çimməyə mane olan ancaq onun qasığında yırtığın olmasıdır”. Bir dəfə Musa yenə çimməyə getdi və paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa: “Paltarımı qaytar, ey daş! Paltarımı qaytar, ey daş!”, – deyə-deyə daşın arxasınca qaçdı. İsrail övladları Musanın ayıb yerini görüb dedilər: “Allaha and olsun ki, Musada heç bir qüsur yox imiş”. Sonra daş dayandı və onu tam gördülər. Musa paltarını götürdü və daşı vurmağa başladı”. Əbu Hureyra dedi: “Allaha and olsun ki, Musa daşa altı və ya yeddi zərbə vurmaqla daşı tənbeh etdi”.”
İstinad
Muslim, 796 (Heyz, 92)
Səhih Muslim — Heyz kitabı