Cənabət halında olarkən qüsl almağın qaydası
وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنِى عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ حَدَّثَتْنِى خَالَتِى مَيْمُونَةُ قَالَتْ أَدْنَيْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلَهُ مِنَ الْجَنَابَةِ فَغَسَلَ كَفَّيْهِ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ثُمَّ أَفْرَغَ بِهِ عَلَى فَرْجِهِ وَغَسَلَهُ بِشِمَالِهِ ثُمَّ ضَرَبَ بِشِمَالِهِ الأَرْضَ فَدَلَكَهَا دَلْكًا شَدِيدًا ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ أَفْرَغَ عَلَى رَأْسِهِ ثَلاَثَ حَفَنَاتٍ مِلْءَ كَفِّهِ ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ ثُمَّ تَنَحَّى عَنْ مَقَامِهِ ذَلِكَ فَغَسَلَ رِجْلَيْهِ ثُمَّ أَتَيْتُهُ بِالْمِنْدِيلِ فَرَدَّهُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Xalam Məymunə mənə belə rəvayət etmişdir: “Allah Elçisinin ﷺ cənabət qüslu alması üçün ona su gətirdim. O, əllərini iki və ya üç dəfə yudu. Sonra əlini qaba salıb su götürdü, sonra da onu cinsiyyət üzvünün üstünə tökdü və sol əli ilə onu yudu. Sonra sol əlini torpağa vurdu və onu yaxşıca ovxaladı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz aldı. Sonra başına üç dolu ovuc su tökdü. Sonra da bədəninin qalan hissəsini yudu. Daha sonra dayandığı yerdən bir az kənara çəkildi və ayaqlarını yudu. Sonra mən ona dəsmal gətirdim, lakin o, dəsmalı götürmədi”.”
İstinad
Muslim, 748 (Heyz, 44)
Səhih Muslim — Heyz kitabı