Heyz kitabı

Oturmuş vəziyyətdə yatmış kimsənin dəstəmazının pozulmamasına dəlil

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ح وَحَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ كِلاَهُمَا عَنْ عَبْدِ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ أُقِيمَتِ الصَّلاَةُ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَجِىٌّ لِرَجُلٍ - وَفِى حَدِيثِ عَبْدِ الْوَارِثِ وَنَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِى الرَّجُلَ - فَمَا قَامَ إِلَى الصَّلاَةِ حَتَّى نَامَ الْقَوْمُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə namaza iqamə verildi. Allah Elçisi ﷺ isə hələ də bir adamla xəlvətcə söhbət edirdi”. Ravi Abdul-Varisin hədisində isə: “Allahın Peyğəmbəri ﷺ məscidin bir tərəfində bir nəfərlə gizlicə söhbət edirdi”. O, namaz qılmaq üçün ayağa qalxanda səhabələrdən bəziləri artıq yuxulamışdı”.”

Ənəs
Səhih

İstinad

Muslim, 859 (Heyz, 155)

Səhih Muslim — Heyz kitabı