Heyz kitabı

Cənabət qüslu aldıqda müstəhəb sayılan su miqdarı, kişi ilə qadının bir qabdan və bir yerdə qüsl etməsi və onlardan birinin digərinin artığı ilə yuyunması

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ قَالَ حَدَّثَنَا أَفْلَحُ بْنُ حُمَيْدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ تَخْتَلِفُ أَيْدِينَا فِيهِ مِنَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə cənabətli ikən bir qabdan su götürüb qüsl alardıq. Biz suyu ovucladığımız vaxt əllərimiz o qabın içində bir-birinə dəyərdi”.”

Aişə
Səhih

İstinad

Muslim, 757 (Heyz, 53)

Səhih Muslim — Heyz kitabı