Heyz kitabı

Heyzli qadınla birlikdə bir yorğan altında yatmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ حَدَّثَنِى أَبِى عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ حَدَّثَنَا أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ زَيْنَبَ بِنْتَ أُمِّ سَلَمَةَ حَدَّثَتْهُ أَنَّ أُمَّ سَلَمَةَ حَدَّثَتْهَا قَالَتْ بَيْنَمَا أَنَا مُضْطَجِعَةٌ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْخَمِيلَةِ إِذْ حِضْتُ فَانْسَلَلْتُ فَأَخَذْتُ ثِيَابَ حَيْضَتِى فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَنُفِسْتِ ». قُلْتُ نَعَمْ. فَدَعَانِى فَاضْطَجَعْتُ مَعَهُ فِى الْخَمِيلَةِ. قَالَتْ وَكَانَتْ هِىَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلاَنِ فِى الإِنَاءِ الْوَاحِدِ مِنَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə bərabər üzərində naxışlar olan bir əbaya bürünüb uzandığım zaman gözlənilmədən heyz oldum. Mən yavaşca qalxıb heyz paltarımı götürdüm. Paltarımı geyindikdən sonra Allah Elçisi ﷺ dedi: “Olmaya heyz oldun?” Mən: “Bəli!”, – dedim. O məni yanına çağırdı və mən onunla birlikdə əbaya bürünüb yatdım”. Ummu Sələmənin qızı Zeynəb deyir: “Ummu Sələmə Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan su götürüb cənabət qüslu alardı”.”

Ummu Sələmə
Səhih

İstinad

Muslim, 709 (Heyz, 5)

Səhih Muslim — Heyz kitabı