Qüsl alan qadının saç hörüklərinin hökmü
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَابْنُ أَبِى عُمَرَ كُلُّهُمْ عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا سُفْيَانُ عَنْ أَيُّوبَ بْنِ مُوسَى عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ رَافِعٍ مَوْلَى أُمِّ سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى امْرَأَةٌ أَشُدُّ ضَفْرَ رَأْسِى فَأَنْقُضُهُ لِغُسْلِ الْجَنَابَةِ قَالَ « لاَ إِنَّمَا يَكْفِيكِ أَنْ تَحْثِى عَلَى رَأْسِكِ ثَلاَثَ حَثَيَاتٍ ثُمَّ تُفِيضِينَ عَلَيْكِ الْمَاءَ فَتَطْهُرِينَ ».
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən saçları çox sıx hörülmüş bir qadınam. Cənabət qüslu aldıqda hörüklərimi açımmı?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, sadəcə başına üç ovuc su tökmək sənə bəs edər. Sonra da suyu bədəninə əndərirsən və təmizlənirsən”.”
İstinad
Muslim, 770 (Heyz, 66)
Səhih Muslim — Heyz kitabı