Heyz kitabı

Müsəlmanın murdar olmadığına dair dəlil

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ - قَالَ حُمَيْدٌ حَدَّثَنَا ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ لَقِيَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَرِيقٍ مِنْ طُرُقِ الْمَدِينَةِ وَهُوَ جُنُبٌ فَانْسَلَّ فَذَهَبَ فَاغْتَسَلَ فَتَفَقَّدَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا جَاءَهُ قَالَ « أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ ». قَالَ يَا رَسُولَ اللَّهِ لَقِيتَنِى وَأَنَا جُنُبٌ فَكَرِهْتُ أَنْ أُجَالِسَكَ حَتَّى أَغْتَسِلَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سُبْحَانَ اللَّهِ إِنَّ الْمُؤْمِنَ لاَ يَنْجُسُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ cənabətli olduğu halda Mədinənin küçələrindən birində Peyğəmbərə ﷺ rast gəldi. Əbu Hureyra sakitcə aradan çıxdı və gedib qüsl aldı. Peyğəmbər ﷺ onu axtardı, lakin tapa bilmədi. O, Peyğəmbərin ﷺ yanına gəldikdə Peyğəmbər dedi: “Harada idin, ey Əbu Hureyra?” Əbu Hureyra: “Ey Allahın Elçisi! Sən mənə rast gəldiyin zaman mən cənabətli idim. Elə buna görə də qüsl alanadək sənin yanında oturmaq istəmədim”, – deyə cavab verdi. Allah Elçisi ﷺ buyurdu: “Subhan-Allah! Mömin murdar olmaz”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 850 (Heyz, 146)

Səhih Muslim — Heyz kitabı