Heyz kitabı

Müsəlmanın murdar olmadığına dair dəlil

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقِيَهُ وَهُوَ جُنُبٌ فَحَادَ عَنْهُ فَاغْتَسَلَ ثُمَّ جَاءَ فَقَالَ كُنْتُ جُنُبًا. قَالَ « إِنَّ الْمُسْلِمَ لاَ يَنْجُسُ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ cənabətli olduğu halda Allah Elçisinə ﷺ rast gəlmişdir. Sonra Huzeyfə sakitcə aradan çıxıb getdi və qüsl etdi. Sonra geri qayıdıb Allah Elçisinə ﷺ dedi: “Mən cənabətli idim”. Allah Elçisi ﷺ də ona buyurdu: “Müsəlman murdar olmaz”.”

Huzeyfə
Səhih

İstinad

Muslim, 851 (Heyz, 147)

Səhih Muslim — Heyz kitabı