Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması
وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ قَالَ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ إِنْ كُنْتُ لأَدْخُلُ الْبَيْتَ لِلْحَاجَةِ وَالْمَرِيضُ فِيهِ فَمَا أَسْأَلُ عَنْهُ إِلاَّ وَأَنَا مَارَّةٌ وَإِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُدْخِلُ عَلَىَّ رَأْسَهُ وَهُوَ فِى الْمَسْجِدِ فَأُرَجِّلُهُ وَكَانَ لاَ يَدْخُلُ الْبَيْتَ إِلاَّ لِحَاجَةٍ إِذَا كَانَ مُعْتَكِفًا. وَقَالَ ابْنُ رُمْحٍ إِذَا كَانُوا مُعْتَكِفِينَ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mən etikaf edərkən evdə xəstə olduğu halda ancaq zəruri bir ehtiyacım olduğu təqdirdə evə girərdim. Xəstənin halını yalnız onun yanından keçərkən soruşardım. Allah Elçisi ﷺ məsciddə etikaf edərkən başını mənim hücrəmə daxil edər, mən də onun saçlarını darayardım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə, əsla evə gəlməzdi”. Ravi Rumh demişdir: “etikafda olduqları vaxt...””
İstinad
Muslim, 711 (Heyz, 7)
Səhih Muslim — Heyz kitabı