“Suyu su vacib edir” hədisinin hökmünün ləğv edilməsi və kişi ilə qadının cinsiyyət üzvlərinin bir-birinə toxunması səbəbi ilə qüsl almağın vacib olması
حَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَهَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عِيَاضُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أُمِّ كُلْثُومٍ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ إِنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُجَامِعُ أَهْلَهُ ثُمَّ يُكْسِلُ هَلْ عَلَيْهِمَا الْغُسْلُ وَعَائِشَةُ جَالِسَةٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّى لأَفْعَلُ ذَلِكَ أَنَا وَهَذِهِ ثُمَّ نَغْتَسِلُ.
“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Bir nəfər Allah Elçisindən ﷺ, zövcəsi ilə cinsi yaxınlıq edən, sonra da mənisi çıxmayan kişi haqqında: “Onlara qüsl etmək vacibdirmi?”, – deyə soruşdu”. Həmin vaxt Aişə də orada oturmuşdu. Allah Elçisi ﷺ buyurdu: “Mən bu işi gördükdən (sonra) onunla (Aişə ilə) birlikdə qüsl edirəm”.”
İstinad
Muslim, 813 (Heyz, 109)
Səhih Muslim — Heyz kitabı