Heyz kitabı

Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسٍ أَنَّ الْيَهُودَ كَانُوا إِذَا حَاضَتِ الْمَرْأَةُ فِيهِمْ لَمْ يُؤَاكِلُوهَا وَلَمْ يُجَامِعُوهُنَّ فِى الْبُيُوتِ فَسَأَلَ أَصْحَابُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِى الْمَحِيضِ} إِلَى آخِرِ الآيَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اصْنَعُوا كُلَّ شَىْءٍ إِلاَّ النِّكَاحَ ». فَبَلَغَ ذَلِكَ الْيَهُودَ فَقَالُوا مَا يُرِيدُ هَذَا الرَّجُلُ أَنْ يَدَعَ مِنْ أَمْرِنَا شَيْئًا إِلاَّ خَالَفَنَا فِيهِ فَجَاءَ أُسَيْدُ بْنُ حُضَيْرٍ وَعَبَّادُ بْنُ بِشْرٍ فَقَالاَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْيَهُودَ تَقُولُ كَذَا وَكَذَا. فَلاَ نُجَامِعُهُنَّ فَتَغَيَّرَ وَجْهُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى ظَنَنَّا أَنْ قَدْ وَجَدَ عَلَيْهِمَا فَخَرَجَا فَاسْتَقْبَلَهُمَا هَدِيَّةٌ مِنْ لَبَنٍ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْسَلَ فِى آثَارِهِمَا فَسَقَاهُمَا فَعَرَفَا أَنْ لَمْ يَجِدْ عَلَيْهِمَا.

“Ənəs ﵁ rəvayət edir ki, yəhudilər qadınları heyz olduqda onlarla bir süfrədə yemək yeməz və onlarla bir evdə qalmazdılar. Peyğəmbərin ﷺ səhabələri ondan bu haqda soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla cinsi yaxınlıqdan uzaq olun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”. (əl-Bəqərə, 222). Ayə nazil olduqdan sonra Allah Elçisi ﷺ buyurdu: “(O halda qadınlarınızla) cinsi yaxınlıqdan başqa, istədiyinizi edə bilərsiniz!” Bu xəbər yəhudilərə çatdıqda onlar dedilər: “Bu adam hər bir işdə bizim etdiklərimizin əksini edir”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Yəhudilər belə-belə deyirlər. Biz onlara müxalif olmaq üçün heyzli qadınlarla cinsi yaxınlıq edəkmi?” Allah Elçisinin ﷺ sifətinin rəngi dəyişdi və bizə elə gəldi ki, onun bu iki nəfərə qəzəbi tutmuşdur. Sonra onlar çıxıb getdilər. Onların ardınca Peyğəmbərə ﷺ hədiyyə olaraq süd gətirdilər. Peyğəmbər ﷺ südü səhabələrdən birinə verib onların dalınca göndərdi və o bu süddən onlara içirtdi. Beləliklə də, o iki nəfər Peyğəmbərin ﷺ onlara acığı tutmadığını başa düşdü”.”

Ənəs
Səhih

İstinad

Muslim, 720 (Heyz, 16)

Səhih Muslim — Heyz kitabı