Məzi haqda
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَأَبُو مُعَاوِيَةَ وَهُشَيْمٌ عَنِ الأَعْمَشِ عَنْ مُنْذِرِ بْنِ يَعْلَى - وَيُكْنَى أَبَا يَعْلَى - عَنِ ابْنِ الْحَنَفِيَّةِ عَنْ عَلِىٍّ قَالَ كُنْتُ رَجُلاً مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِى أَنْ أَسْأَلَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ « يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ ».
“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi axırdı. Peyğəmbərin ﷺ kürəkəni olduğumdan dolayı ondan bu haqda soruşmağa utanırdım. Bu səbəbdən də mən bunun hökmünü soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. Miqdad Peyğəmbərdən ﷺ bu haqda soruşduqda o buyurdu: “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın!””
İstinad
Muslim, 721 (Heyz, 17)
Səhih Muslim — Heyz kitabı