Heyz kitabı

Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ هِشَامٍ أَخْبَرَنَا عُرْوَةُ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُدْنِى إِلَىَّ رَأْسَهُ وَأَنَا فِى حُجْرَتِى فَأُرَجِّلُ رَأْسَهُ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən hücrəmdə ikən Allah Elçisi ﷺ başını mənə tərəf çıxardar və mən heyzli olduğum halda onun saçlarını darayardım”.”

Aişə
Səhih

İstinad

Muslim, 713 (Heyz, 9)

Səhih Muslim — Heyz kitabı