Heyz kitabı

Başa və bədənin digər tərəflərinə üç dəfə su tökməyin bəyənilməsi

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَإِسْمَاعِيلُ بْنُ سَالِمٍ قَالاَ أَخْبَرَنَا هُشَيْمٌ عَنْ أَبِى بِشْرٍ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ وَفْدَ ثَقِيفٍ سَأَلُوا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا إِنَّ أَرْضَنَا أَرْضٌ بَارِدَةٌ فَكَيْفَ بِالْغُسْلِ فَقَالَ « أَمَّا أَنَا فَأُفْرِغُ عَلَى رَأْسِى ثَلاَثًا ». قَالَ ابْنُ سَالِمٍ فِى رِوَايَتِهِ حَدَّثَنَا هُشَيْمٌ أَخْبَرَنَا أَبُو بِشْرٍ وَقَالَ إِنَّ وَفْدَ ثَقِيفٍ قَالُوا يَا رَسُولَ اللَّهِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Səqif qəbiləsinin nümayəndələri Peyğəmbərdən ﷺ: “Bizim qaldığımız yer soyuq bir yerdir. Belə şəraitdə biz qüslu necə etməliyik?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Mənə gəlincə, mən başıma üç dəfə su tökürəm”. İbn Səlim öz rəvayətində demişdir: “Bizə Huşeym rəvayət etdi, bizə Əbu Bişr xəbər verdi və dedi: “Səqif qəbiləsinin nümayəndələri: “Ey Allahın Elçisi!”, – dedilər.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Muslim, 768 (Heyz, 64)

Səhih Muslim — Heyz kitabı