“Odda bişmiş şeylərdən yedikdən sonra dəstəmaz almaq” hökmünün ləğv edilməsi
حَدَّثَنِى أَحْمَدُ بْنُ عِيسَى حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنِ ابْنِ شِهَابٍ عَنْ جَعْفَرِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِىِّ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَحْتَزُّ مِنْ كَتِفِ شَاةٍ فَأَكَلَ مِنْهَا فَدُعِىَ إِلَى الصَّلاَةِ فَقَامَ وَطَرَحَ السِّكِّينَ وَصَلَّى وَلَمْ يَتَوَضَّأْ. قَالَ ابْنُ شِهَابٍ وَحَدَّثَنِى عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ أَبِيهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ.
“Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasının belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ bişmiş qoyunun kürəyindən kəsib yediyini gördüm. Bu əsnada o, namaza çağırıldı. Allah Elçisi ﷺ ayağa qalxdı, əlindəki bıçağı yerə atdı və dəstəmaz almadan namaza durdu”. Ravi İbn Şihab demişdir: “Əli ibn Abdullah ibn Abbas atasından, o da Allah Elçisindən ﷺ bu hədisi mənə rəvayət etmişdir”.”
İstinad
Muslim, 820 (Heyz, 116)
Səhih Muslim — Heyz kitabı