Ayıb yerləri örtməyə diqqət yetirmək
وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ إِسْحَاقَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْقُلُ مَعَهُمُ الْحِجَارَةَ لِلْكَعْبَةِ وَعَلَيْهِ إِزَارُهُ فَقَالَ لَهُ الْعَبَّاسُ عَمُّهُ يَا ابْنَ أَخِى لَوْ حَلَلْتَ إِزَارَكَ فَجَعَلْتَهُ عَلَى مَنْكِبِكَ دُونَ الْحِجَارَةِ - قَالَ - فَحَلَّهُ فَجَعَلَهُ عَلَى مَنْكِبِهِ فَسَقَطَ مَغْشِيًّا عَلَيْهِ - قَالَ - فَمَا رُؤِىَ بَعْدَ ذَلِكَ الْيَوْمِ عُرْيَانًا.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ qureyşlilərlə birlikdə Kəbəni yenidən tikmək üçün daş daşıyırdı. Peyğəmbər ﷺ fitəsini belinə bağlamışdı. Həmin vaxt əmisi Abbas ona dedi: “Ey qardaşım oğlu! Yaxşı olar ki, fitəni açıb çiyninin üstünə, daşın altına qoyasan”. Peyğəmbər ﷺ fitəsini açıb çiyninə salan kimi ürəyi gedərək yerə yıxıldı. Artıq həmin gündən sonra o heç vaxt çılpaq görünmədi”.”
İstinad
Muslim, 798 (Heyz, 94)
Səhih Muslim — Heyz kitabı