Heyz kitabı

Heyz olmuş qadına namazın deyil, yalnız orucun qəzasını tutmağın vacib olması

حَدَّثَنَا أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مُعَاذَةَ ح وَحَدَّثَنَا حَمَّادٌ عَنْ يَزِيدَ الرِّشْكِ عَنْ مُعَاذَةَ أَنَّ امْرَأَةً سَأَلَتْ عَائِشَةَ فَقَالَتْ أَتَقْضِى إِحْدَانَا الصَّلاَةَ أَيَّامَ مَحِيضِهَا فَقَالَتْ عَائِشَةُ أَحَرُورِيَّةٌ أَنْتِ قَدْ كَانَتْ إِحْدَانَا تَحِيضُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لاَ تُؤْمَرُ بِقَضَاءٍ.

“Muazə ﵀ rəvayət edir ki, bir qadın Aişədən soruşdu: “Bizdən birimiz heyzdən təmizləndikdən sonra (heyz vaxtı buraxdığı namazları) qılmalıdırmı?” Aişə dedi: “Sən hərurilərdənsən?! Bizdən birimiz Allah Elçisinin ﷺ dövründə heyz olardı, lakin sonra ona buraxdığı namazları qılmaq əmr edilməzdi”.”

Muazə
Səhih

İstinad

Muslim, 787 (Heyz, 83)

Səhih Muslim — Heyz kitabı