İstihazəli qadın, onun qüsl etməsi və namaz qılması
حَدَّثَنِى مُوسَى بْنُ قُرَيْشٍ التَّمِيمِىُّ حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرِ بْنِ مُضَرَ حَدَّثَنِى أَبِى حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ عَنْ عِرَاكِ بْنِ مَالِكٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ إِنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ الَّتِى كَانَتْ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ شَكَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الدَّمَ فَقَالَ لَهَا « امْكُثِى قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ثُمَّ اغْتَسِلِى ». فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş Allah Elçisinə ﷺ istihazə qanından şikayət etdi. Allah Elçisi ﷺ də ona: “Heyzin səni saxladığı müddətə qədər gözlə, sonra yuyun”, – deyə buyurdu. Beləcə, o, hər namazdan qabaq yuyunardı”.”
İstinad
Muslim, 786 (Heyz, 82)
Səhih Muslim — Heyz kitabı