Heyz gördükdən sonra qüsl alan qadının qan axan yeri təmizləmək üçün ətirlənmiş parçadan istifadə etməsinin müstəhəbliyi
وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ كِلاَهُمَا عَنْ أَبِى الأَحْوَصِ عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ عَنْ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ عَنْ عَائِشَةَ قَالَتْ دَخَلَتْ أَسْمَاءُ بِنْتُ شَكَلٍ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ كَيْفَ تَغْتَسِلُ إِحْدَانَا إِذَا طَهُرَتْ مِنَ الْحَيْضِ وَسَاقَ الْحَدِيثَ وَلَمْ يَذْكُرْ فِيهِ غُسْلَ الْجَنَابَةِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əsma bint Şəkəl Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Bizdən birimiz heyzdən təmizləndikdən sonra necə qüsl almalıdır?...” Ravi yuxarıdakı hədisi qeyd etmiş, lakin cənabət qüslunu qeyd etməmişdir.”
İstinad
Muslim, 778 (Heyz, 74)
Səhih Muslim — Heyz kitabı