Namaz kitabı

Azanın vəsfi

حَدَّثَنِى أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ مَالِكُ بْنُ عَبْدِ الْوَاحِدِ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَبُو غَسَّانَ حَدَّثَنَا مُعَاذٌ وَقَالَ إِسْحَاقُ أَخْبَرَنَا مُعَاذُ بْنُ هِشَامٍ صَاحِبِ الدَّسْتَوَائِىِّ وَحَدَّثَنِى أَبِى عَنْ عَامِرٍ الأَحْوَلِ عَنْ مَكْحُولٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُحَيْرِيزٍ عَنْ أَبِى مَحْذُورَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَّمَهُ هَذَا الأَذَانَ « اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ - ثُمَّ يَعُودُ فَيَقُولُ - أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ حَىَّ عَلَى الصَّلاَةِ - مَرَّتَيْنِ - حَىَّ عَلَى الْفَلاَحِ - مَرَّتَيْنِ ». زَادَ إِسْحَاقُ « اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ».

“Əbu Məhzura ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ ona azanı belə deməyi öyrətmişdir: “Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür), Əşhədu ən lə ilə:hə illəllah, Əşhədu ən lə ilə:hə illəllah (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur), Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, Əşhədu ənnə Muhəmmədən Rasu:lullah (Şəhadət edirəm ki, Muhəmməd Onun elçisidir)”. Sonra qayıdıb belə deyir: “Əşhədu ən lə ilə:hə illəllah, Əşhədu ən lə ilə:hə illəllah və Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah, iki dəfə “Həyyə əlas-salə:t” (Namaza tələsin), iki dəfə “Həyyə əlal-fələ:h” (Xilas olmağa tələsin)”. Ravi İshaq belə əlavə etdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Lə: ilə:hə illəllah”.”

Əbu Məhzura
Səhih

İstinad

Muslim, 868 (Namaz, 6)

Səhih Muslim — Namaz kitabı